Bu gecə Ukraynanın Nikolayev şəhəri üzərində 14 kamikadze-dron vurulub
Ucnoqta.az xəbər verir ki, bu barədə “Cənub” hava komandanlığı məlumat yayıb.
“Oktyabrın 22-dən 23-nə keçən gecə Nikolayev vilayəti üzərində Cənub hava komandanlığının hava hücumundan müdafiə qüvvələri və vasitələri düşmənin “Şahed-136” tipli 11 kamikadze pilotsuz uçuş aparatını, daha üçü isə Müdafiə Qüvvələrinin digər bölmələri tərəfindən vurulub”, - məlumatda deyilir.