Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alanlar var - FOTO

21:51 - 20 Oktyabr 2022 - HADİSƏ

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir.///apa


Xəbər xətti