Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda maşın ağaca çırpılıb,<font color=red><b> xəsarət alanlar var - FOTO</b></font>

21:51 - 20 Oktyabr 2022 tarixində dərc olunub.

Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində maşında olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir.///apa

Müəllif: