İranın hərbi təlimə daşıdığı texnika qəzaya səbəb olub - Ölənlər var

15:57 - 19 Oktyabr 2022 - DÜNYA

İranın Araz qırağına daşıdığı hərbi texnika qəzaya səbəb olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb. Məlumata görə, Güney Azərbaycandan olan fəallar son 4 gündə SEPAH-a məxsus texnikanın bir neçə nəfərin ölümünə səbəb olduğunu bildirirlər.

İran İnqilabının Keşikçiləri Korpusunun hərbi təlimlər üçün Azərbaycan Respublikası ilə sərhədə cəmləşdirdiyi hərbi texnika bir neçə qəzanın yaranmasına səbəb olub.

Belə ki, bu gün səhər saatlarında Araz qırağında artilleriya qurğularını daşıyan SEPAH-a məxsus hərbi maşın yük maşınını yoldan çıxardığı üçün qəza baş verib.

Yük maşını yoldan çıxdığı üçün əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub və iki nəfər yerindəcə həlak olub.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mediaya verdiyi açıqlamada faktı təsdiqləyib.

Xəbər xətti