Türkiyənin "Roketsan" şirkətininr istehsalı olan "Tayfun" ballistik raketinin sınağı uğurla başa çatıb.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, raket Rizedən Sinop sahilinədək 561 km məsafəni 458 saniyəyə uğurla qət edib.
Beləliklə, Türkiyə rəsmi olaraq kiçik mənzillik ballistik raketlərə malik ölkələr "klub"una daxil oldu.