Putin təyyarə qəzası ilə bağlı göstəriş verdi

21:40 - 17 Oktyabr 2022 - DÜNYA

Rusiya Prezidenti Vladimir Putin Yeyskdə hərbi təyyarənin qəzaya uğraması nəticəsində zərər çəkənlərə bütün lazımi yardımların göstərilməsi barədə göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı vəziyyətlə bağlı nazirlərin və rayon rəhbərinin məruzələrini dinləyib.

Faktla bağlı artıq cinayət işi açılıb.

Rusiya Müdafiə Nazirliyi qəzanın təyyarə havaya qalxarkən mühərriklərdən birinin alovlanması nəticəsində baş verdiyini bildirib.

Pilotun katapult edərək xilas olduğu qeyd olunub.

Xəbər xətti