Rusiya 108 ukraynalı qadını təhvil verdi

20:35 - 17 Oktyabr 2022 - DÜNYA

Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Məlumata görə, 110 nəfər Rusiyaya, 108 nəfər Ukraynaya qaytarılıb.

“Danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 72 nəfər mülki dənizçi olmaqla 110 Rusiya vətəndaşı geri qaytarılıb.

108 ukraynalı qadın hərbçi Ukrayna tərəfinə təhvil verilib. Mübadilədən əvvəl iki ukraynalı qadın Ukraynaya qayıtmaqdan imtina edərək könüllü olaraq Rusiya Federasiyasında qalmaq istəyiblər”, - deyə məlumatda qeyd olunub.

Xəbər xətti