Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.
Hadisə nəticəsinə güclü partlayış baş verib, ölən və yaralıların olduğu bildirilir. Hadisə şahidləri yaşayış binasına hərbi təyyarənin çırpıldığını bildiriblər.
Rusiya KİV-in yaydığı məlumata əsasən, qəzaya uğrayan Su-34 qırıcısı olub. Hadisə yerinə çox sayda yanğınsöndürən və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. Pilotun katapult edərək xilas olduğu bildirilib.///unikal