Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollarlıq yardım edəcək

10:29 - 16 Oktyabr 2022 - DÜNYA

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman şənbə günü Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib.

Ucnoqta.az “Saudi Press” (SPA) agentliyinə istinadla xəbər verir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib.

Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır.

Xəbər xətti