Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Brüsseldə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının keçirilməsini təklif edib
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Paşinyan tviterdə yazıb:
“Ermənistan Azərbaycana oktyabrın 31-də Brüsseldə delimitasiya və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının keçirilməsini təklif edir”.
Qeyd edək ki, Astanada MDB dövlət başçılarının görüşündə Rusiya prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana Moskvada görüş təklif etmişdi.