ABŞ Konqresinin Nümayəndələr Palatasının yaxın vaxtlarda Ermənistana səfər edəcək nümayəndə heyətinin tərkibi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) məlumatına görə, nümayəndə heyətinin tərkibinə konqresmenlər Endi Levin, Cim Kuper, Billi Lonq, Diane de Gette, Cerri Konnoli, Con Qaramendi və Devid Prays daxil olacaq.