Qazaxa gedən mikroavtobus "Kamaz"la toqquşdu - xəsarət alanlar var

08:52 - 15 Oktyabr 2022 - DÜNYA

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistal yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusla "Kamaz" marklı yük maşını toqquşub. Qəza zamanı miroavtobusda olan 2005-ci il təvəllüdlü Nuray Namazova, 1986-cı il təvəllüdlü Laçın Şəmilova, 1977-ci il təvəllüdlü Rasim Namazov, 1985-ci il təvəllüdlü Leyla Namazova, 2002-ci il təvəllüdlü Nürgün Namazova və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerlışdirilib.

Yaralıların vəziyyərinin kafi olduğu bildirilir.

Mikroavtobus Bakıdan Qazaxa gəlirmiş. Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti