Çin qırıcıları Tayvana yaxınlaşdı

20:43 - 14 Oktyabr 2022 - DÜNYA

Tayvanın Müdafiə Nazirliyi adaya bitişik bölgədə Çin ordusunun 5 donanma gəmisini və 23 təyyarəsini aşkar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, manevrlər zamanı “J-16” və bir “Su-30” qırıcıları Tayvan boğazının median xəttini keçib. Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.

Xəbər xətti