Jurnalist vəsiqəsi üçün 20 manat tələb olunmasının səbəbi açıqlandı

18:33 - 14 Oktyabr 2022 - Cəmiyyət

“Media Reyestrində 20 manata qeydiyyat anlayışı yoxdur”.

Bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib.

O bildirib ki, 20 manat jurnalist vəsiqəsinin hazırlanmasına tələb olunan məbləğdir.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə qeyd edib ki, bu, jurnalistlərə təqdim edilən bir xidmətdir: “Qeyd edilən məbləğ də jurnalist vəsiqəsinin yüksək standartlara cavab verən formada hazırlanması üçündür”.///apa

Xəbər xətti