Bu rayona yeni yol polisi rəisi təyin olundu

14:27 - 14 Oktyabr 2022 - Xəbər

Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Rəşad Xəlilov Hacıqabul Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Xəlilov bu vəzifəyə qədər Dövlət Yol Polisində inspektor işləyib.

Xəbər xətti