Vəkil Elçin Sadıqov müdafiəçisi olduğu, hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun məhkəməsinə buraxılmayıb.
Ucnoqta.az xəbər verir ki, vəkil bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Vəkil iddia edib edib ki, onun sözügedən prosesə buraxılmaması sifarişlidir:
"Bakı Ağır Cinayətlər Məhkəməsinə sifariş veriblər ki, məni Rasim Məmmədovun məhkəmə iclasına buraxmasınlar. Qorxurlar ki, vəsatəti yenə qaldıraram. Xahiş edirəm, məhkəmələrə deyin məni buraxsınlar".