Bakıda KÜTLƏVİ DAVA: İki nəfər bıçaqlanıb

08:10 - 14 Oktyabr 2022 - HADİSƏ

Bakının Nərimanov rayonunda kütləvi dava olub. APA xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisədə iki nəfər ağır bədən xəsarətləri alıb. Belə ki, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu bir nəçə nəfərlə dava zamanı bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub. Fakt araşdırılır.

Xəbər xətti