Bakıda <font color=red><b>KÜTLƏVİ DAVA:</b></font> İki nəfər bıçaqlanıb
08:10 - 14 Oktyabr 2022 tarixində dərc olunub.
Bakının Nərimanov rayonunda kütləvi dava olub.
APA xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisədə iki nəfər ağır bədən xəsarətləri alıb.
Belə ki, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu bir nəçə nəfərlə dava zamanı bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həmin şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub.
Fakt araşdırılır.