"Taxıl alan ölkələr Ərdoğana təşəkkür etməlidir” - Putin

15:17 - 13 Oktyabr 2022 - DÜNYA

“İstanbul sazişinə görə taxıl alan ölkələr Ərdoğana təşəkkür etməlidir”.

Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.
“Məhz sizin sayənizdə Ukrayna taxılının xarici bazarlara çıxarılması ilə bağlı sazişi həyata keçiririk. Düşünürəm ki, həmin məhsulları alan ölkələr sizə təşəkkür etməlidirlər”, - deyə Rusiya prezidenti vurğulayıb.

Putin İstanbul sazişi üzrə Ukrayna taxılın çox az hissəsinin kasıb ölkələrə getməsindən təəssüfləndiyini də qeyd edib.///apa

Xəbər xətti