Rusiyanın Ukraynada canlı qüvvə itkiləri 63 mini ötdü

13:17 - 11 Oktyabr 2022 - DÜNYA

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 63 110 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 504 tank, 5 162 zirehli maşın, 1 496 artilleriya sistemi, 353 reaktiv yaylım atəşi sistemi, 181 hava hücumundan müdafiə sistemi, 268 təyyarə, 235 helikopter, 1 114 PUA, 295 qanadlı raket, 15 gəmi/qayıq, 3 916 avtomobil texnikası və avtosistern, 136 xüsusi texnikadan ibarətdir.

Xəbər xətti