Ukrayna Medvedevi axtarışa verdi

18:35 - 10 Oktyabr 2022 - DÜNYA

Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiyanın sabiq Prezidenti, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi axtarışa verib.

APA TASS-a istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirliyinin bazasında bununla bağlı məlumat yerləşdirilib.

Dmitri Medvedev Ukrayna Cinayət Məcəlləsinin 110.2 maddəsi ilə (Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına təhdid) axtarışa verilib.

 

Xəbər xətti