Rusiyanın Ukraynaya atdığı 83 raketdən 43-ü zərərsizləşdirilib

14:34 - 10 Oktyabr 2022 - DÜNYA

Rusiyanın atdığı 83 raketdən 43-ü Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurulub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Həri Hava Qüvvələrinin sözçüsü Yuri İqnat məlumat verib.
Onun sözlərinə görə, İran istehsalı olan 12 PUA-dan 9-u zərərsizləşdirilib.

Y.İqnat bildirib ki, Rusiya Ukraynaya Xəzər dənizi bölgəsindən “X-101” və “X-555” yüksək dəqiqlikli raketlər buraxıb: “Habelə “Kalibr”, “İskander”, “S-300” və “Tornodo” reaktiv yaylım atəşi sistemindən raketlər atıb”.

Xəbər xətti