Rusiyada zabit idarə rəisini güllələdi

10:09 - 3 Oktyabr 2022 - DÜNYA

Rusiya Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin rəisi Vitali Moiseenko Primorsk diyarında keçirilən “Mayak” xüsusi əməliyyatı zamanı yaralanıb. 

Bu barədə "Baza Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, Barabaş-Levada kəndi yaxınlığındakı meşədə narkotik alverçilərinin müəyyən edilməsi məqsədilə xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Qrom xüsusi təyinatlılarının zabitlərindən biri polis mayorunu ayağından güllələyib. 

Qısa zamanda rəis xəstəxanaya yerləşdirilib. Zabit isə istintaqa cəlb edilib. Araşdırma aparılır.  ///unikal

Xəbər xətti