Goranboyda ağır qəza - ölən və xəsarət alanlar var

10:11 - 2 Oktyabr 2022 - HADİSƏ

Goranboyda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ " markalı minik maşınları toqquşub. Qəza zamanı 31 yaşlı Fərrux Orucov hadisə yerində ölüb. 34 yaşlı Zamiq Həsənov, 31 yaşlı Fəxri Novruzov, 39 yaşlı Fədai Hüseynov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti