Rusiya Ukraynanın Liman şəhərindən geri çəkildi

19:11 - 1 Oktyabr 2022 - DÜNYA

Rusiya qoşunları Ukraynanın Krasnıy Liman şəhərindən geri çəkilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Limandan daha sərfəli mövqelərə çəkilib", - deyə nazirlik bildirib.

Qeyd edək ki, Ukrayna Liman şəhərinə daxil olduğunu açıqlayıb.

Xəbər xətti