Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

09:02 - 1 Oktyabr 2022 - Cəmiyyət

Prezident İlham Əliyevin 2022-ci ilin sentyabrın 3-də imzaladığı "Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" sərəncamına əsasən hərbi xidmətə növbəti çağırış başlayıb.

Ucnoqta.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması oktyabrın 30-dək davam edəcək.

Artıq çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

Xəbər xətti