ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə 12,4 milyard dollar yardım ayrlmasına dair qanunu təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sözügednən qanun layihəsi Senatda ötən gün müzakirəyə çıxarılaraq qəbul edilib.
Yardımın 7,8 milyard dolları müdafiə ehtiyaclarına, 4,5 milyard dolları isə ölkə büdcəsinə ayrılacaq.