Putin hərbi xidmətə çağırışla bağlı fərman imzaladı

21:56 - 30 Sentyabr 2022 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin payızda hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Prezident Putin hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb və onun başlanması noyabrın 1-nə təxirə salınıb.
Bu il çağırışa həmişəkindən bir ay gec - noyabrın 1-dən başlanacaq.

"2022-ci il noyabrın 1-dən dekabrın 31-dək ehtiyatda olmayan Rusiya Federasiyasının 18 yaşdan 27 yaşa qədər olan vətəndaşlarının hərbi xidmətə çağırışı həyata keçirilsin" - sənəddə deyilir.

Bundan başqa, oktyabrın 1-dən xidmət müddəti başa çatmış əsgər, matros, çavuş və komandirlərin vəzifədən azad edilməsinə başlanacaq.


Öz növbəsində, Silahlı Qüvvələrin Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəis müavini, kontr-admiral Vladimir Tsimlyanski payız çağırışına çağırılanların Rusiyada xidmət keçəcəyini dəqiqləşdirib. Onun sözlərinə görə, qarşıdakı hadisələrin Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi ilə heç bir əlaqəsi yoxdur. Tsimlyanski onu da vurğulayıb ki, ali məktəblərdə təhsil alan tələbələrin hər hansı səfərbərliyindən, müraciətindən söhbət getmir.

Xəbər xətti