Şuşa və Bolqarıstan şəhərləri qardaşlaşdı

20:34 - 30 Sentyabr 2022 - Xəbər

Azərbaycanın Şuşa və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıb.

Ucnoqta.az xəbər verir ki, sentyabrın 30-da paytaxt Sofiyada iki şəhər arasında qardaşlaşma haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.

Xəbər xətti