Bir qrup şəxs Milli Məclisin qarşısında piket keçirməyə cəhd göstərib

17:42 - 30 Sentyabr 2022 - Cəmiyyət

Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup üzvü Milli Məclisin qarşısında piket keçirməyə cəhd göstərib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, piket iştirakçıları, əsasən, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə etiraz bildirib, quru sərhədlərinin açılmasını istəyiblər.

Razılaşdırılmamış aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıb, hər hansı insident baş verməyib.

 

Xəbər xətti