Rusiya Zaporojye və Xerson vilayətlərinin "müstəqilliyi"ni tanıyıb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Zaporojye və Xerson vilayətlərinin "suverenliyi"nin və "müstəqilliyi"nin tanınması haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, qərar “BMT Nizamnaməsində təsbit edilmiş “xalqların bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipini tanıyan və təsdiq edən beynəlxalq hüquq normalarının ümumi qəbul edilmiş prinsip və normalarına uyğun olaraq” və referendumda “xalqın iradəsi” nəzərə alınmaqla qəbul edilib.