Bu gün Rusiya Prezidentinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin operativ müşavirəsi keçirilib.
Ucnoqta.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin müşavirədə qismən səfərbərliyi müzakirə edib.
Putin bildirib ki, səfərbərliyə yalnız ehtiyatda olan vətəndaşlar, ilk növbədə, tələb olunan ixtisasa və təcrübəyə malik olan şəxslər cəlb olunur.
Rusiya Prezidenti səfərbərlik zamanı bütün səhvləri düzəltməyi və qanunsuz çağırılan vətəndaşların geri qaytarılmasını tələb edib.