Kraliça II Elizabetin ölüm səbəbi açıqlandı

18:17 - 29 Sentyabr 2022 - DÜNYA

Britaniya Kraliçası II Elizabetin ölüm səbəbi açıqlanıb.

APA xəbər verir ki, bu gün Şotlandiyanın Milli Qeydiyyatlar qurumu Kraliça II Elizabetin ölüm şəhadətnaməsini yayıb.

Şəhadətnamədə II Elizabetin ölüm səbəbi qocalıq olaraq göstərilib.

Sənəddə qeyd olunub ki, o, sentyabrın 8-də Şotlandiyanın Balmoral qalasında Britaniya saatı ilə 15:10-da dünyasını dəyişib.

Sənədi onun qızı Şahzadə Anna imzalayıb.

 

Xəbər xətti