Hərbi helikopterlə döyüş atışlı təlim keçirildi - VİDEO

16:22 - 29 Sentyabr 2022 - Xəbər

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə döyüş atışlı təlim keçirilib.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq helikopter bölmələri bazalanma aerodromlarından uçuşlar edərək, poliqonda şərti düşmənin yerüstü hədəflərinin məhv edilməsi, eləcə də aviasiya vasitələrinin terror-diversiya qruplarından mühafizəsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

Döyüş fəaliyyətlərinin təşkili, o cümlədən qüvvələrin döyüşdə idarə olunması üzrə helikopter ekipajları və desant heyətlərinin bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

 

Xəbər xətti