Prezidentin təşəbbüsü ilə sahibkarlar üçün yeni qanun layihəsi hazırlandı

12:25 - 29 Sentyabr 2022 - Xəbər

Azərbaycanda “Mikro, kiçik və orta sahibkarlığın inkişafı” haqqında qanun layihəsi hazırlanıb. 

Oxu.Az-ın məlumatına əsasən, layihə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. 

Qanun layihəsi, 5 fəsil, 15 maddədən ibarətdir.

“Layihə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir”, - deyə o əlavə edib. 

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olub. 

Xəbər xətti