İranlı polkovnik etirazçılar tərəfindən güllələndi

16:57 - 28 Sentyabr 2022 - DÜNYA

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun polkovniki Mohsen Dalvənd ölkədə davam edən etirazlar zamanı öldürülüb.

Bu barədə məlumat sosial şəbəkələrin İran seqmentində yayılıb. 

Məlumata görə, Mohsen Dalvənd Sərdəşt şəhərində etirazçılar tərəfindən güllələnib. 

Həmçinin bildirilir ki, iranlı polkovnikin 4 cangüdəni də yaralanıb. Yaralılar Urmiyada xəstəxanaya yerləşdirilib.///qafqazinfo

Xəbər xətti