Azərbaycanın Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb

11:30 - 28 Sentyabr 2022 - Xəbər

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

 

Xəbər xətti