“Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?

11:12 - 28 Sentyabr 2022 - Cəmiyyət

Bu gün səhər saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək, bort-komputer vasitəsilə yoxlayıb.

Yoxlamanın hansı məqsədlə aparılması üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətindən bildirildi ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.

 

Xəbər xətti