Paşinyan KTMT-nin baş katibi ilə görüşmədi

13:27 - 27 Sentyabr 2022 - DÜNYA

Ermənistan baş naziri Nikol Paşinyan bu ölkədə səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşməyib

Ucnoqta.az xəbər verir ki, “Hraparak” qəzeti yazır ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 20-də İrəvana gəlib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini KTMT-yə sədrlik edən Ermənistanın baş naziri qəbul edəcəyi güman edilirdi. Bu gün sərhəd gərginliyinin yumşaldılması prioritetdir, lakin Paşinyan KTMT baş katibini qəbul etməyib.

 KTMT baş katibi Ermənistana gəldikdən iki gün sonra Paşinyan Nyu-Yorka gedib və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT və Rusiyanın bir nömrəli düşməni NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Lakin bu müddət ərzində Zas Ermənistanda ikinci eşalonun rəsmiləri - baş nazirin müavini, Təhlükəsizlik Şurasının katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşlər keçirib" - nəşr yazır.

Xəbər xətti