Ana səhifə Mobil versiya
26 Sentyabr 2022

Xaricdən ölkəyə maşın gətirənlərin NƏZƏRİNƏ

Gömrük rəsmiləşdirilməsindən keçərək ölkəyə gətirilmiş nəqliyyat vasitələri barədə məlumatlar Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə daxil ediləcək.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb.

Nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilənin, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamənin təsdiq edilməsi barədə məlumat, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin VI-I hissəsinə uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefon nömrəsi və olduğu halda elektron ünvanı, həmçinin sürücülük vəsiqəsinin nömrəsi, hüquqi şəxslərin (dövlət qurumlarının) isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdiyi şəxs barədə müvafiq məlumatlar da sistemə daxil ediləcək

 

Tarix
22 Sentyabr 2022 [18:10]
Müəllif
Üç nöqtə
2022-09-22 18:10:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin