İranda hicabı düzgün taxmadığı üçün saxlanılaraq sonradan ölən 22 yaşlı qızla bağlı etirazlar başlayıb.
APA “Associated Press“-ə istinadən xəbər verir ki, polis etirazları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə etməli olub.
Polis bölməyə aparılan qızın ürək problemindən keçindiyini açıqlasa da, onun yaxınları övladlarının tamamilə sağlam olduqlarını bildirib.