Kreml Pelosinin Ermənistana səfərinə münasibət bildirdi

13:34 - 19 Sentyabr 2022 - DÜNYA

Kreml ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, Kreml sözçüsü Dmitriy Peskov Rusiyanın populist çıxışlara deyil, əməldə görüləcək işləri alqışladığını bildirib:

“Sözdə deyil, əməldə və populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına töhfə verə bilər. Sərhəddə vəziyyətin sabitləşməsinə kömək edə bilən addımları alqışlamaq olar”, - Peskov bildirib.

Xəbər xətti