Xaçmazda baş verən yol qəzası zamanı 2 nəfər xəsarət alıb.
Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı avtomobilin qoşqulu traktora çırpılması nəticəsində rayonun Nərəcan kənd sakinləri - 1995-ci il təvəllüdlü Elnur Xəzər oğlu Mirzəyev və onun sərnişini 1999-cu il təvəllüdlü Nazir Şafiq oglu Həsənov müxtəlif xəsarətlər alıblar.
Yaralılar ətrafdakıların köməyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.///report