Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda "VAZ-2106" traktora çırpılıb, <font color=red><b>xəsarət alanlar var</b></font>

22:50 - 18 Sentyabr 2022 tarixində dərc olunub.

Xaçmazda baş verən yol qəzası zamanı 2 nəfər xəsarət alıb.

Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı avtomobilin qoşqulu traktora çırpılması nəticəsində rayonun Nərəcan kənd sakinləri - 1995-ci il təvəllüdlü Elnur Xəzər oğlu Mirzəyev və onun sərnişini 1999-cu il təvəllüdlü Nazir Şafiq oglu Həsənov müxtəlif xəsarətlər alıblar.

Yaralılar ətrafdakıların köməyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: