"Azərbaycan əməliyyatı başa çatdırıb, müzakirə etməyə ehtiyac yoxdur" - Ərdoğan

22:26 - 17 Sentyabr 2022 - DÜNYA

"Azərbaycanın sərhəddə Ermənistanın təxribatına cavab olaraq keçirdiyi hərbi əməliyyat başa çatıb".

Ucnoqta.az RİANovosti-y istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səmərqənddən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu barədə Prezident İlham Əliyevdən informasiya alıb:

“Əməliyyat artıq başa çatıb, ona görə onu müzakirə etməyə ehtiyac yoxdur. Cənab İlham Əliyevdən aldığım məlumata görə, indi azərbaycanlı qardaşlarımız təhlükəsiz mövqedədirlər”.

"Ermənistanın Azərbaycana qarşı təxribatlardan tez bir zamanda əl çəkməsi, əvvəllər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Bölgəmizdə normallaşma proseslərinin uğurla başa çatmasını, regional sülh və sabitliyin uzun müddət təmin olunmasını arzu edirik”, - deyə Ərdoğan bildirib.

Xəbər xətti