Səmərqənddə Ərdoğan-Putin görüşü başlayıb

18:20 - 16 Sentyabr 2022 - DÜNYA

Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.

Ərdoğan və Putin ikitərəfli əlaqələri, eyni zamanda regional məsələləri müzakirə edəcəklər.

Türkiyə və Rusiya liderlərinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki son gərginliyi də müzakirə edəcəyi gözlənilir.///Apa

 

Xəbər xətti