Ukraynada meymunçiçəyinə ilk yoluxma aşkar edilib

23:09 - 15 Sentyabr 2022 - DÜNYA

Ukraynada meymunçiçəyinə ilk yoluxma faktı təsdiqlənib.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, xəstəlik PZR testi sayəsində müəyyən edilib.

Pasient xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır. O, anamnezində bildirib ki, ölkə xaricində olmayıb. Həkimlər onun Ukraynanın böyük şəhərlərindən birində yoluxduğu qənaətinə gəliblər.

Xəbər xətti