Paşinyan dediklərini təkzib etdi

23:04 - 14 Sentyabr 2022 - DÜNYA

"Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq".

Ucnoqta.az xəbər verir ki,  bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan feysbuk səhifəsində yazıb. O, sənəd imzalamağa hazırlaşması ilə bağlı dediklərini təkzib edib.

“Mən heç bir sənəd imzalamamışam. Bu xarici dost olmayan qüvvələrin ölkənin müqavimətini qırmaq üçün yönəlddiyi informasiya diversiyasıdır”, - Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan ölkə parlamentində çıxışı zamanı demişdi ki, İrəvan müəyyən sənəd imzalamaq niyyətindədir.

Xəbər xətti