“Komsomolskaya Pravda”nın baş redaktoru vəfat etdi

14:32 - 14 Sentyabr 2022 - DÜNYA

Rusiyanın “Komsomolskaya Pravda“ qəzetinin baş redaktoru Vladimir Sunqorkin vəfat edib.

APA xəbər verir ki, bu barədə “KP”-nin öz saytında məlumat yerləşdirilib.

Bildirilib ki, “Komsomolskaya Pravda“ qəzetinin baş redaktoru Vladimir Sunqorkin 68 yaşında vəfat dünyasını dəyişib.

İlkin məlumata görə, onun ölüm səbəbi insult olub.

Qeyd edək ki, Vladimir Sunqorkin 20 ildən artıq “Komsomolskaya Pravda”ya rəhbərlik edib.

 

Xəbər xətti