Ukrayna ordusu Donetsk və Xarkovda irəliləyib

23:33 - 12 Sentyabr 2022 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində aktiv əks-hücum əməliyyatlarını davam etdirirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” xəbər verib.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində uğurlu hücumdan sonra Donetsk vilayətində tədricən irəliləməyə başlayıb. Bölgənin şimal-qərb hissəsində hücum həyata keçirilib, Donetsk vilayətinin Svyataqorsk şəhəri artıq nəzarətə götürülüb.

Bildirilib ki, Rusiya hərbçiləri Xarkov vilayətinin Borovaya kəndi yaxınlığında geri çəkilməyə başlayıblar.

Xəbər xətti